Mühacirətdəki müxalifət liderinə 15 il həbs cəzası kəsildi – Qiyabi hökm

media-hightechnic-468x90

Belarus müxalifətinin xaricdə yaşayan lideri barəsində qiyabi məhkəmə hökmü çıxarılıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Belarus məhkəməsi 2020-ci il prezident seçkilərindən sonra mühacirətdə yaşayan Svetlana Tixanovskayanı 15 il müddətinə həbs cəzasına məhkum edib.

Məlumata görə, Tixanovskaya 2020-ci ildə fəaliyyət göstərmiş Koordinasiya Şurasının fəaliyyətində iştirakı səbəbindən mühakimə olunub və barəsində belə bir hökm çıxarılıb.

Qeyd olunur ki, müxalifət lideri həmin fəaliyyət çərçivəsində dövlət hakimiyyətini “qanunsuz yolla” zəbt etməkdə, ekstremist təşkilatlar yaratmaqda və milli təhlükəsizliyə zərbə vurmaqda suçlanıb.

Bundan başqa, Tixanovskaya və tərəfdarları ölkədə “sosial düşmənçilik” yaradılmasına yönəlik məqsədyönlü fəaliyyətdə ittiham olunublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600