Müharibə əlilinin 725 min manatını mənimsəyən qadına hökm oxundu

media-hightechnic-468x90

Birinci Qarabağ müharibəsi əlili Əfqan Zeynalovun külli miqdarda pulunu mənimsəmədə ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Nelli Fabriçnaya verilmiş ittihamla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 35 yaşlı Nelli Fabriçnaya “Avtotransyol” və “Murov TSK”nın rəhbəri olmuş zərərçəkmiş Əfqan Zeynalovun 725 min manat pulunu mənimsəmə və israfetmə yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

Nelli Fabriçnayaya qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600