Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Mülki əhalini hədəfə alan düşmən qüvvələri susdurulub” - Səxavət Məmməd cəbhədən xəbər verir

“Ordumuzun bölmələri işğaldan azad etdiyimiz yeni ərazilərdə möhkəmlənməkdədirlər”.

Bunu döyüş bölgəsində oktyabrın 28-i saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, Ermənistan ordusu bir neçə istiqamətlər üzrə hücuma keçmək istəsə də, bu cəhdlər uğursuz olub. Nəticədə texnika və canlı qüvvə itkisi ilə üzləşən düşmən geri çəkilib:

“Dünəndən bu günə qədər ermənilər humanitar atəşkəsi bütün istiqamətlər üzrə pozublar. Dünən saat 16:00-da Bərdə rayonu ərazisinə “Smerç” yaylım atəşli reaktiv sistemindən raket atılıb. Nəticədə ölənlər və yaralananlar olub, dağıntılar var.

Bu gün səhər saat 08:00-08:30 radələrində Tərtər istiqamətinə də “Smerç” yaylım atəşli reaktiv sistemindən raket atılıb. Mülki vətəndaşlar təhlükəsiz ərazidə olduğu üçün canlı itki olmayıb, dağıntı isə var.

Bundan əlavə, Tərtər və Bərdə rayonlarına atılan raketlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Bərdə rayonunda heç bir hərbi obyekt və məntəqəmiz olmadığı halda, erməni tərəfi sırf mülki vətəndaşların yaşadığı ərazimizi vurub. Ermənistan bununla əhali arasında təşviş yaratmağa çalışsa da, bu məqsədinə nail olmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

412