Mülki, yoxsa hərbi MİSSİYA? – Avropa İttifaqının Ermənistandakı əsas MƏQSƏDİ
“Gələcəkdə Ermənistanın regionda sabitliyi və sülhü pozmaq istiqamətdə istifadəsi şübhəsizdir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O, Ermənistana gətirilən Avropa İttifaqı mülki missiyasının İrana qarşı istifadə olunması ehtimallarından danışıb.
Politoloq bildirib ki, Ermənistan tarixin bütün dövrlərində öz məkrli mövqeyini qoruyub saxlayıb.
“İrəvan hər zaman Qərb dairələri ilə sıx əməkdaşlıq edərək Azərbaycana qarşı işğalçılıq planları üçün əlverişli zaman gözləyib. Dövlət və xalq olaraq dönük olduqları üçün vasitə, həmçinin alət kimi istənilən istiqamətdə ermənilərdən istifadə etmək mümkündür. Elə indi də Cənubi Qafqazda sabitliyi pozmaq üçün məhz onlar istifadə edilir. Çünki ambisiyalarına görə hər bir avantüraya gedə bilirlər”.
E. Mirbəşiroğlu hesab edir ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra belə Ermənistan Azərbaycanın nüfuzuna zərər vermək üçün fəaliyyətini davam etdirirdi:
“Ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən Qərb ermənilər üçün hər bir fəaliyyətə şərait yaratmışdı. Həmçinin ona hərbi sahədə də köməklik edərək bir neçə dəfə birgə təlimlər də həyata keçirirdi. Bu gün isə Azərbaycana qarşı revanş üçün hazırlaşmaqda və hazırlaşdırılmaqdadır”.
“Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyası mövcuddur. Həmin missiyanın əsas hədəfi məhz İran da daxil olmaqla qonşu dövlətlərə qarşı kəşfiyyat işlərinin həyata keçirilməsindən ibarət idi. Qısacası, Qərb Cənubi Qafqazda artıq hərbi-siyasi dayaqlarını formalaşdırıb. Nəticədə isə yaxın ərazilər istiqamətdə istənilən xarakterli məqsədlərin həyata keçirilməsi üçün Ermənistan istinad nöqtəsidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli