Musa Qurbanlının “Yurqorden”dən nə vaxt ayrılacağı dəqiqləşdi

media-hightechnic-468x90

Millinin hücumçusu Musa Qurbanlının “Yurqorden”dən nə vaxt ayrılacağı dəqiqləşib.

Yenicag.az Sportinfo.az-a istinadən xəbər verir ki, o, iyunun ortasında Azərbaycana dönəcək.

“Qarabağ” 22 yaşlı keçmiş forvardını bir illik icarəyə götürəcək. Bununla bağlı Azərbaycan və İsveç klubları arasında razılıq əldə olunub.

Ötən ilin yayında Skandinaviya ölkəsinin yolunu tutan Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

İsveç çempionatında 2024 mövsümü martın sonunda başlayacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa