Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Musa Yaqub: "Sensasiya xatirinə yazılan xəbərlər..."

Bu gün Yenicag.az saytını təbrik edənlər sırasında tanınmış şair Musa Yaqub da var. O, öz ürək sözlərini belə ifadə edib:

Yeniçag.az bu gün media aləmində öz sözünü demiş bir sayt kimi tanınır. Dəfələrlə mənim barəmdə də müsahibələr, açıqlamalar almısınız. Mən müsahibə verəndə narahat olmuram ki, hansısa fikrim yanlış təqdim olunacaq. Hətta inanıram ki, o müsahibəni oxuyanda gənclik illərim gözümün qabağında canlanacaq, duyğulanacam. Çünki sayta və onun əməkdaşlarına inanıram. Etiraf etməliyəm ki, indiki dönəmdə media ilə oxucu arasında bu inam təəssüf ki, azalıb. Araşdırmadan, dəqiqləşdirmədən hansısa xəbəri verirlər, üstündən heç iki saat keçməmiş o xəbər təkzib olunur. Bu da həmin saytın qeyri-ciddiliyindən xəbər verir. Yenicag.az-da hər zaman doğru, dürüst yazılar dərc olunur. Sensasiya xatirinə olan yalan xəbərlərə rast gəlinmir.

Estafeti belə də saxlayın, uğurlarınız bol olsun, hər zaman öndə gedəsiniz. Baş redaktorunuz, dəyərli qələm sahibi, peşəkar jurnalist Aqil Ələsgəri xüsusilə təbrik edirəm. Bilirəm ki, mediada qələminə görə seçildiyi və sevildiyi qədər insanlığına görə də hörmət qazanıb. Ətrafında peşəkar komanda formalaşdırıb. Bu gün onun rəhbərliyi altında ölkə mətbuatının aparıcı saytlarından birinə çevrilən Yeniçag.az saytının qazandığı uğurlar göz qabağındadır”.

www.yenicag.az

1532
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM