Müsavatın Səbail təşkilatında qalmaqal…

media-hightechnic-468x90

publika.az1411553771publika.az1409389843big5918-musavat

Füzuli Vəziroğlu: “Səbail rayon təşkilatında Dadaş Əhmədovun sədr seçkisilə bağlı hər hansı bir Şura iclası olmayıb”

 Gülağa Aslanlı: “Məsələdən xəbərsizəm”

Dünən Müsavat Partiyasının Səbail təşkilatının iclası keçirilib və burada əvvəlki  sədr Razim Əmiraslanlı Məclisə seçildiyindən Şura üzvü Dadaş Əhmədov müvəqqəti sədr seçilib. Lakin təşkilatda bir qrup belə bir iclasın olmadığını və ona görə də D. Əhmədovun seçkisinin nizamnamə prinsiplərinə zidd olduğunu bildirərək, məsələyə etiraz etdiklərini bildiriblər.

Bu barədə Yenicag.az saytına açıqlamasında partiyanın Səbail rayon Şurasının üzvü Füzulu Vəziroğlu D. Əhmədovun sədr seçkisinin nizamnamə pozuntusu ilə baş verdiyini söylədi: “Səbail rayon təşkilatında Dadaş Əhmədovun sədr seçkisilə bağlı hər hansı bir Şura iclası olmayıb. Şura iclasları öncəsi Razim Əmiraslanov həmişə bir gün öncədən Facebook səhifəsində və ya telefonla üzvlərə xəbər verirdi. Amma bu dəfə o bunları etməyib. Amma iddia edir ki, Şura iclası olub və Dadaş bəy müvəqqəti sədr seçilib.  Dadaş bəyə dərin hörmətimiz var.  Söhbət burada D. Əhmədovun sədr seçilməsindən getmir. Burada nizamnamə pozuntusu baş verib. İclas barədə məlumat verib dəvət etməli idilər. Hətta bu iclasda əvvəlki sədr hesabat da verməli idi. Bununla bağlı R. Əmiraslanlıya etirazımızı bildirmişik və tələb etdik ki, Şura iclası çağırılsın. O bunu etməsə də belə, biz Şuranı çağıracağıq”.

Məsələ ilə bağlı Səbail rayon təşkilatının sabiq sədri R. Əmiraslanovla əlaqə saxladıq. O isə bu məsələ ilə bağlı mətbuata məlumat verməyəcəyini dedi.

Partiya başqanının müavini Gülağa Aslanlı isə məsələdən xəbərsiz olduğunu bildirdi: “Bu barədə rayon təşkilatının özündən soruşun. O məsələ barədə heç bir şərh verə bilmərəm. Çünki məsələdən xəbərsizəm”.

Rüfət/Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600