!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Musiqi sərhəd tanımır” – Qırğızıstan mətbuatı

!Reklam – Yazi

Qırğız Respub3cbfeb05-362a-4f52-a15d-0b7d7e3f65eflikasının əsas Dövlət qəzeti olan “Slovo Kırqızstana”da Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə bu ilin mart ayının 17-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında bütün müsəlman şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun doğum günün 130 illiyi münasibətilə keçirdiyi yubiley gecəsi və qala-konsert ilə bağlı bütöv bir səhifəlik məqalə dərc edilmişdir.

“Musiqi sərhəd tanımır” adlanan məqalədə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutovun, Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucovun, Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Bolot Osmonov tədbirdəki ətraflı çıxışlarını tam olaraq qəzet oxucularına  təqdim edərək, oxuculara dahi bəstəkar Üzeyir Hacıbəyovun sənəti ilə yaxından tanış olma imkanı vermişdir.

 

Məqalədə Səfir Hidayət Orucovun çıxışı geniş təqdim olunmuşdur:

Səfir son zamanlar həm Azərbaycanda, həm də  Qırğızıstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd etmişdir.

10671418_10153888648332752_1855628345735076028_nHidayət Orucov xüsusi ilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin apardıqları siyasətin nəticəsi olaraq dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənib.

Bildirmişdir ki, bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirilmişdir.

Səfir son üç ildə humanitar sahədə çoxsaylı tədbirlərin bəzilərini xüsusi ilə qeyd etmiş, eyni zamanda bildirmişdir ki, hal-hazırda da bir-neçə mühüm tədbirin keçirilməsi planlaşdırılır: “Yaxın aylarda Azərbaycan Respublikasının Qırğız Respublikasinda Səfirliyi və Qırğızstan  Xalqları Assambleyasına daxil olan “Azəri” İctimai Birliyinin təşəbbüsü ilə Qırğızstan Prezidenti Almazbek Atambayevin fərmanı ilə elan olunmuş 2016-cı ilin Qirğızstanda tarix və mədəniyyət ilinə həsr olunan tədbir keçiriləcəkdir. Biz eyni zamanda Qırğızstanda Azərbaycan və Azərbaycanda Qırğızstan Mədəniyyət Günlərinin keçirilməsinə hazırlaşırıq.”

Səfir H.Orucov qısa müddət ərzində Azərbaycan və Qırğızstan Respublikaları və qardaş azərbaycan və qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu qeyd etmişdir.

O, belə tədbirlərin təşkil olunması iki qardaş xalqı daha da yaxınlaşdırdığı bildirmişdir.

Səfir, yaşlı nəsilin “Arşın mal alan” operettasına yaxşı bələd olduğunu, yeni nəsilə də bu operetta xoş gəldiyini, çünki bütün nəsillər üçün  heç zaman dəbdən düşməyən inci olduğunu xüsusilə vurğulamışdır.

Qırğızıstan Milli Akademik Opera və Balet teatrının solisti Asel Babayeva 2013-cü ildə YUNESKO baş qərargah bunasının konsert zalında “Arşın mal alan” operettasından partiya ifa etdiyini,“Arşın mal alan”ın dünyanın 76 ölkəsində 187 teatrda səhnələşdirildiyini yubiley iştirakçılarının diqqətinə çatdırmışdır.

Səfir demişdir: “Üzeyir Hacıbəyovun yaratdığı yüksək insani duyğuların himninə çevrilmiş və ilkin təravətini heç itirməmişdir və artıq bir əsrdir bu əsər dünya teatr səhnəsinin və kinematoqrafiyasının  layiqli incisidir.

Üzeyir Hacıbəyovun yaradıcılığında şərq və qərb musiqi tərzləri birləşdirilmiş, azərbaycan xalq musiqisi elementləri Avropa klassik ənənələrinə uyğunlaşdırılmışdır”.

Sonra Səfir Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının gözəl, istedadlı kollektivinə, Azərbaycandan gələn istedadlı opera müğənnilərinə, bu unudulmaz gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, eyni zamanda o gün zalda olan əziz qonaqlara,  Üzeyir Hacıbəyov kimi dünya klassik musiqi korifeyinin əsərlərinə göstərilən sədaqət və sevgiyə gorə öz təşəkkürümü bildirmişdir.

Və sonda demişdir: “Üzeyir Hacıbəyovun yubileyinin Novruz bayramı ərəfəsində keçirilməsi fikrimcə, təbii haldır, çünki bahar-Novruz – təbiətin, zamanın oyanışını, təzələnməsini təcəssüm etdirir, Üzeyir Hacıbəyov isə bütün müsəlman dünyasında klassik musiqinin baharı-novruzu idi.”

Sonra Üzeyir Hacıbəyovun əsərlərindən ibarət olan qala-konsert ilə bağlı məlumat verilmişdir.

Qala-konsertdə Qırğızstanın populyar opera müğənniləri: Qırğızstanın xalq artisti Jumakadır Kanimetov, əməkdar artist Sadırbek Jumaşev, Qırğız Milli Akademik Opera və Balet teatrının baş xormeysteri Karaqul Tilençiyev və solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova ilə yanaşı Azərbaycanın xalq artisti, professor Azər Zeynalov, Azərbaycanın əməkdar artisti İlahə Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru Eyyub Quliyev çıxış etmişlər.

Məqalədə qeyd edilmişdir ki, tədbir zamanı ağzınacan tamaşaçılarla dolu olan nəhəng salonda hər kəs böyük həvəslə möhtəşəm gecəni izləmişdir.

Qala-konsertin rejissoru İskender Saatbayevdir.

Qala-konsert bitəndə salonda uzun müddət alqış sədaları səslənmişdir.

Qeyd edirik ki, keçirilən tədbir Qırğızstan KİV-də geniş işıqlandırıldı, Qırğızstanın dövlət kanalı olan İctimai Teleradio və Yayım Korporasiyası tərəfindən yaxın vaxtlarda bütöv göstəriləcəyi planlaşdırılır.

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv