Müxalifət aksiyaya başlayıb
Ermənistanda müxalifət yenidən etiraz aksiyalarına başlayıb.
Nümayişçilər Ermənistan parlamentinin qarşısında aksiya keçirir. Etiraz tələb edirlər ki, parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması ilə bağlı sazişi ratifikasiya edilməsin.
Nümayişçilər parlamentə hər deputatın adına 131 məktub göndərib.
Aksiyaçılar əllərində Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyanın fotolarını əllərində tutublar.
“Milli özmüqəddəratını təyinetmə” İctimai Birliyinin lideri Paryur Ayrikyan bəyan edib ki, Ermənistanın AİB-ə qoşulması növbəti gənc nəslin taleyini sual altına qoyur.
(anspress.com)