!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət “Xalq parlamenti” üçün bir arada: “Bazar günü bütün məsələlərə aydınlıq gətiriləcək”

!Reklam – Yazi

“Xalq parlamenti” qanunvericilik hakimiyyətinə alternativ deyil, rəmzi xarakter daşıyacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bir sıra müxalifət partiyaları ilə deputatlığa müstəqil namizədlərin təmsilçiliyi əsasında formalaşdırılması təklif olunan “Xalq parlamenti” ideyasının baş tutmaq ehtimalını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, bu məsələyə “Xalq parlamenti” təşəbbüsünün müzakirəsi üçün martın 8-nə planlaşdırılan toplantıda aydınlıq gələcək:

“9 fevral seçkilərindən sonra “Xalq parlamenti”nin formalaşdırılması təşəbbüsü irəli sürülüb və biz bunu həyata keçirməyə çalışırıq.

Bir daha qeyd edirəm ki, “Xalq parlamenti” ölkənin qanunvericilik hakimiyyətinə alternativ qurum kimi yaradılmır, rəmzi xarakter daşıyacaq.

Bu, əslində, seçkilərin nəticələrini qəbul etməyən tərəflərin seçdiyi bir etiraz formasıdır.

Bildiyiniz kimi, seçkilərin nəticələrinə etiraz iki istiqamətdə ola bilər: hüquqi prosedurların ardıcıl icrası və siyasi addımlar.

Narazı namizədlərin əksəriyyəti hüquq müstəvisində öz mübarizələrini davam etdirirlər. “Xalq parlamenti” ideyası isə bu etirazın siyasi xarakterini göstərir.

“Xalq parlamenti”nin yaradılması məqsədilə bazar günü keçiriləcək toplantıda bütün bu məsələlərə aydınlıq gətiriləcək”.

Aqil Bəkir

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv