Muzeylərə giriş pulsuz olacaq

media-hightechnic-468x90

89699Sabah – mayın 18-i Beynəlxalq Muzeylər Günüdür.

Yenicag.az xəbər verir ki, 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının konfransında təsis olunmuş bu əlamətdar tarix 1978-ci ildən etibarən hər il 150-dək ölkədə qeyd edilir. Muzeylərdə “açıq qapı” günü elan olunaraq, bir çox maraqlı tədbirlər keçirilir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan muzeylər də bu aksiyaya qoşulublar.

İdarənin mətbuat xidmətindən bildirilib ki, M.S.Ordubadinin, C.Məmmədquluzadənin, N.Nərimanovun ev-muzeylərində, Dövlət Din Tarixi və digər muzeylərdə mayın 18-dək davam edəcək “açıq qapı” günü aksiyası çərçivəsində hər kəs bu mədəniyyət obyektlərinin sərgi və ekspozisiyası ilə tanış ola bilər. (ans)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600