Myanmada zəlzələdən sonra Tailandda 168 yeraltı təkan qeydə alınıb

media-hightechnic-468x90

Tailandın Meteorologiya İdarəsi Myanmada baş verən zəlzələdən sonra 168 yeraltı təkan qeydə alıb.

Yenicag.az  xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların maqnitudası 1-7, əksər hallarda isə 5-dən az olub.

Xatırladaq ki, Myanmada martın 28-də güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.

Güclü təkanlar Tailandın paytaxtı Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss olunub. Tailand səlahiyyətliləri ölkəni silkələyən zəlzələni dörddə üç səviyyə ilə qiymətləndirib. Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb, 32 nəfər yaralanıb, 83-ü itkin düşüb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600