!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Namaz qılmayan şəxs oruc tutursa... - İlahiyyatçıdan VACİB AÇIQLAMA

!Reklam – Yazi

Mübarək Ramazan ayında insanları narahat edən bir çox məqamlar var ki, bunlardan biri də oruc, yoxsa namazın daha vacib olması ilə bağldır. Bəzi möminlər hesab edir ki, Allah qatında oruc namazdan daha üstün sayılır. Elə buna görə də namaza deyil, oruca üstünlük verir.

Yenicag.az-a açıqlama verən ilahiyyatçı Hacı Nizami oruc tutmağın, yoxsa namaz qılmağın daha önəmli olması ilə bağlı tez-tez müqayisələr aparıldığını və hansının fəzilətinin daha çox olduğunu açıqlayıb:

“Getdiyim bir çox məkanlarda və məclislərdə mənə tez-tez suallar ünvanlayırlar ki, Hacı, namaz, yoxsa oruc daha fəzilətlidir? Mən namazın yox, orucun daha vacib olmasını deyirəm. Ona görə ki, namazın qəzası qəbul olunandır. Amma oruc qəzası nə qədər tutulsa da, əvvəlki qədər uğurlu olmur. Hətta Quranda da bu məqama aydınlıq gətirilib. Allah buyurur ki, orucu sizlər mənə görə tutursunuz. Buna görə namaz orucdan daha üstün tutulur.”

İlahiyyatçı orucluqda ac qalmağın heç də müqəddəs Ramazan ayı ilə əlaqəsi olmadığını da bildirib:

“Oruc Allahın ibadətləri içərisində ən önəmli yerlərdən birinə sahibdir. Elə insanlar var ki, ac qalmaqla oruc tutduqlarını zənn edirlər. Lakin mən bunu səhrada susuz qalmağa bənzədirəm. Çünki səhrada susuz qalmaq o demək deyil ki, həmin şəxs də oruc tutub. Yox, sadəcə şərait elə alındığı üçün susuz qaıb”.

Nəzrin

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv