“7 fevral seçkiləri vətəndaşlar üçün böyük ictimai məsuliyyət yaradan kampaniyadır”.
Bu fikirləri prezidentliyə namizədlərin təşviqat çıxışlarında təhsil məsələlərinə ayrılan diqqətin səviyyəsini dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, prezidentliyə namizədlərin çıxışlarında elm və təhsil məsələləri heç də ön planda dayanmır:
“Prezidentliyə namizədlər adətən, iqtisadiyyatdan daha çox söhbət açsalar da, təhsil, mədəniyyət, elm sahələrindən az danışırlar. Düzü, prezidentliyə namizədlərin çıxışlarına çox az baxmışam. Prezident İlham Əliyevin təbliğat qrupunun üzvüyəm.
Prezident İlham Əliyevin şah əsəri azad Qrabağdır. Beynəlxalq aləmin 30 ildə həll edə bilmədiyini 30-40 günə həll etdi. Əhalidən də bu məsələ ilə bağlı müsbət fikirlər eşidirəm. Vətəndaşlar cari məsələlərə yox, ümumi məsələlərə daha çox diqqət yetirirlər.
Maraqlıdır, vətəndaşlar seçkiyə getdiklərini dərk edirlərmi? Vətəndaşlar anlamalıdırlar ki, bu seçki deputat seçkisi, yaxud ailənin sevincinə səbəb olacaq oğul-qız evləndirmə məsuliyyəti deyil, böyük ictimai məsuliyyətdir. Mən vətəndaşların böyük həvəslə seçkilərə gedəcəyinə inanıram”.
İsmayıl Bakuvi
www.yenicag.az