!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Narıncı inqilablar"ın memarı Türkiyədə - Soros Ərdoğana qarşı  

!Reklam – Yazi

Türkiyədə məlum “Gəzi olayları” aksiyasının sponsoru olduğu bildirilən referendum ərəfəsində qardaş ölkəyə gəlib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek özünün “Twitter” hesabında paylaşdığı statusda “Gəzi olayları”nın arxasında yəhudi əsilli milyarder Corc Sorosun olduğunu vurğulayaraq, “Sorosun bu günlərdə Türkiyəyə gəlməsi təsadüfi ola bilməz. “Yeni Gəzi” təşkil etmək üçün gəldiyi ən gerçək ehtimaldır”.

Gökçek paylaşdığı statusda Sorosun Türkiyəyə bu səfəri çərçivəsində kimlərlə görüşdüyünün də əhəmiyyətli olduğunu bildirib.

Qeyd edək ki, 16 aprel gecəsi referendumun nəticələrinə etiraz edən çox sayda “Xeyr” tərəfdarı əsasən, İstanbulun Beşiktaş və Kadıköy rayonlarında küçələrə çıxaraq aksiya keçirmişdilər.

Sorosun özü isə bir neçə il əvvəl baş vermiş “Gəzi olayları”nın iştirakçılarına hüquqi və tibbi dəstək verdiyini bildirmişdi.

Yeniçağ.Az

 

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv