Narkomaniya gəncləşir
Narkotik maddələrdən istifadə edənlər arasında yaş həddi aşağı düşüb.Əvvəllər narkomaniya xəstəliyindən əziyyət çəkənlər arasında ən cavanının 30-35 yaşı var idisə,indi bu məktəb yaşlı uşaqlara qədər gəlib çıxıb. Bu da problemin nə qədər ciddi olmasından xəbər verir.nədi axı məktəb yaşlı uşaqları bu bəlaya düçar edən? İnsanlar bilə-bilə niyə özlərini sağalması çətin olan bu xəstəliyə yoluxdururlar? Verdiyimiz sualları mütəxəsislər cavablandırıb. Sujeti izləyək!
Zərərçəkən: ”Mənim hər şeyimi əlimdən aldı. Anamı, sağlamlığımı. Mən hepatit S xəstəliyim var. İki il ailəmdən ayrı qaldım. Yəni çox şey əlimdən çıxdı. Mənə heç bir şey vermədi”.
Bir anlıq ləzzət üçün həyatını puç etdi. 7 il əvvəl bir tanışının istəyi ilə narkotik qəbul edib. İndi isə utandığından üzünü göstərməkdən də istəmir.
Zərərçəkən: ”Ev uşaq ailə hər şey yaddan çıxır. Ancaq özünü fikirləşirsən ki, nə edim ağrıdan çıxım. Ondan ötrü adamda öldürmək olar namus qeyrəti də, satmaq olar”.
Sirr deyil ki, narkotikdən qadınlar da istifadə edir. 33 yaşlı qadın da bir neçə ildir narkomaniyadan əziyyət çəkir: ”Balalarımdan ayrı düşdüm. Heç kimə bunu rəva bilmərəm”.
Ölkəmizdə 28 min 376 nəfər rəsmi qeydiyyatda olan narkaman var. Bunların 22 min 533 nəfəri dispanserin qeydiyyatında, 5 min 843 nəfər isə proflaktik qeydiyyatdadır. Amma bunlar sadəcə rəsmi qeydiyyatda olanlardır. Bəzən bu xəstəliyə düçar olub amma dispanserə müracət etmirlər qorxurlar,bu isə tamamilə yanlış addımdı:
”Bəzən valideynilər fikirləşirlər ki, mənim ailəmə pis baxacaqlar və başqa. Amma onlar fikirləşmirlər ki, müraciət etməməklə ailəsində potensial cinayətkar yetişdirilər.”
Qeydiyyatda olanların yaş kateqoriyalarına gəlikdə 15-17 yaşlarında 4 nəfər, 18-24 yaşlarında 1344, 25-29 yaşlarında 3893, 30-34 yaşlarında 4147, 35-39 yaşlarında 4296, 40-44 yaşlarında 3415, 45-49 yaşlarında 3023, 50-54 yaşlarında 2531, 55-59 yaşlarında 2227, 60-64 yaşlarında 2014, 65 və yuxarı yaşlarda isə 1482 nəfər narkoman var. Onlarında böyük əksəriyyəti Cənub zonasında yaşayır. Bunun da səbəbi mütəxəssislərin fikirincə narkotiq qaçaqmalçılarının ölkəmizdən tranzit kimi istifadə etmələridi. Təcrübə göstərir ki, narkotik qəbulu hansısa istəkdən və ya maraqdan başlayır. Mütəxəsislər narkotik istifadəsinin uşaq yaşlarınadək düşməsinin kökündə valideyin məsuliyyətsizliyini görür.
Narkotik istifadəsinin 90-95 faizi marixuana ilə başlayır. Heroin, tiryək və həşişlə davam edir. Bəs görəsən niyə insanları buna vadar edən nədir? Psixoloq Aidə Nəbiyeva çıxış yolunu belə göstərir:
”Narkomaniyaya meyilliliyin səbəblərindən biri insanın həz alma mexaniziminin pozulmasından irəli gəlir. Yəni daxili gərginliyi narahatçılığı. Yəni heç bir şeydən zövq almamasıdı. Nəsədə yeni şeylər axtarışında da bu yaranır”.
Həkim narkoloq Afət Məmmədovanın sözlərinə görə narkomanlar arasında HİV-ə yoluxanlar da çoxdur. Səbəbi inyeksiya yolu ilə narkotik qəbuludur. Həkimin sözlərinə görə narkomaniya xəstəliyinin müalicə üsulu bütün ölkələrdə eynidir. Xəstənin iradəsi varsa 2-3 həftəyə müalicəsi mümkündür.
Həkim Narkoloq Afət Məmmədova başqa ölkələrlə hətta yaxın qonşularımızla müqayisədə Azərbaycandakı vəziyyəti qənaətbəxş hesab edir. Məsələn 2012-ci ildə 1500, 2013-cü ildə 1800 və bu il isə 2 minə qədər narkoman qeydiyyatdan keçibsə bu rəqəm digər ölkələrdə 7-8 hətta 10 mindən də çox olur. Narkotikə qarşı mübarizə isə elə məktəb yaşlarından başlayır, məktəblilərin ”ağ ölüm” dən uzaq durması üçün Daxili işlər, Təhsil və Səhiyyə nazirlikləri mütəmadi tədbirlər keçirir.
(topnews.az)