!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkoşəbəkənin yeni təbliğat üsulu: Bakıda divarlara şifrəli yazılar həkk edilir - VİDEO

!Reklam – Yazi

Bakı şəhərinin ərazisində divarlara yazılan şüarlarla narkotik təbliğ edilir.

Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, şifrəli yazılar, əsasən, məktəb və digər təhsil müəssisələrinin yaxınlığında yazılır.

Yazıda qeyd olunan sayta daxil olduqda narkotik vasitə mağazasına gəldiyiniz qeyd olunur. Açılan bölmələr isə birbaşa teleqram kanalına yönəldilir.

Saytın qaynaqlarını, kimə məxsus olduğunu öyrənmək üçün kiçik araşdırma etdik. Məlum oldu ki, domen adı Cənub-Şərqi Asiyada, Hind okeanında yerləşən Kokos adalarına məxsus olsa da, sayt ABŞ-də, daha dəqiq desək, NyuYorkda qeydiyyatdadır. Qeydiyyat üçün istifadə olunan mobil nömrə isə Çinə məxsusdur. Saytın sahibi Karim Drozdov adlı şəxsin haqqında isə heç bir məlumat yoxdur.

Daha sonra narkoşəbəkənin bir müddət əvvəl eyni üsulla Qırğızıstanda da faəliyyət göstərdiyini öyrəndik. Eyni şəxs tərəfindən idarə olunan “Şahzadə Duri” adlı saytın da məqsədi eynidir. Hətta şəbəkə üzərindən kuriyerlik edən bir neçə nəfər də Qırğızıstan polisi tərəfindən saxlanılıb.

İnsanlara şüuraltı təsir etmək məqəsədi ilə şəbəkə şüarları yazan şəxslərə ya ödənişsiz narkotik, ya da pul verilir. Lakin bu tip qrafiti nümunələri bir növ neyro linqvistik proqramlaşdırma metodudur.

Psixoloqlar hesab edir ki, bu metodla travmalı gənclərə təsir etmək daha asandır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.

O da qeyd olunub ki, həmin yazıların silinməsi aidiyyəti qurumlar tərəfindən təmin olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

COP29

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv