Narkotacir saxlanıldı- üzərindən 31 büküm heroin tapıldı

media-hightechnic-468x90

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi tədbirləri davam etdirilir.

media-banner_tuq

Yenicag.az -a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş Vüqar Səmədov saxlanılıb.

Onun üzərindən 31 bükümdə olan heroin aşkar olunaraq götürülüb. Əməliyyatın davamı olaraq saxlanılan şəxsin yaşadığı M.F.Axundov küçəsi 43 ünvanında kultivasiya yolu ilə əkilib-becərilən çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05