Narkotik satmaq istəyən şəxs saxlanılıb
Ucar rayonunda narkotik satmaq istəyən şəxs tutulub.Üç övlad atası olan Mingəçevir şəhər sakini Əhməd Abdullayev 2,7 kiloqram narkotik maddə olan marixuananı Ucar rayonunda satmaq istəyərkən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rayon Polis Şöbəsindən bildirilib ki, saxlanılan Ə. Abdullayev sonuncu dəfə 20 il bundan əvvəl narkotik vasitədən istifadə etdiyini, marixuananı Ucara gətirərək satmaq niyyətində olduğunu deyib.
Ə. Abdullayev əməlindən peşman olduğunu bildirib.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb.