Narkotikin leqallaşdırıldığı ölkədə siqaretə QADAĞA

media-hightechnic-468x90

Hollandiya Dövlət Şurası restoran və kafelərdə siqaret çəkmək üçün nəzərdə tutulan qapalı məkanların ləğvinə qərar verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Dövlət Şurasından verilən yazılı açıqlamada Haaqa məhkəməsinin bununla bağlı verdiyi qərar qüvvədə saxlanılıb.

Belə bir qərarın verilməsinə səbəb restoran və kafelərdə xidməti personalın və siqaret çəkməyən müştərilərin tütünün zərərli təsirinə məruz qalmalarıdır.

Yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə zidd olduğu bildirilib. Qeyd edək ki, Hollandiyanın kafe və restoranlarında siqaret çəkmək üçün qapalı yerlər 2008-ci il iyulun 1-dən fəaliyyət göstərirdi.

Firuzə Alimova

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa