!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı - FOTO

!Reklam – Yazi

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən və nəqliyyat vasitəsində çoxavazlı səs siqnalları quraşdıran, eləcə də konstruksiya dəyişikliyinə yol verən sürücülər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı VAZ-2101 markalı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin marixuana istifadə etdiyi sübuta yetirilib. F.Məmmədov barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Yol polisi əməkdaşları tərəfindən keçirilən digər bir tədbir zamanı isə avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi, sakinlərin dincliyini pozmağa çalışan, eləcə də nəqliyyat vasitəsində əlavə konstruksiya dəyişikliyinə yol verən sürücü saxlanılıb.

Onun Ağdaş rayon sakini Ceyhun Hüseynov olduğu müəyyən edilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə həmin VAZ-21014 markalı avtomobildəki səs siqnalları müsadirə olunub və sürücü barəsində qanunamüvafiq tədbir görülüb.

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv