NATO Baş katibi Yens Stoltenberq NATO ölkələrinin xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyətlə bağlı telekonfransından sonra jurnalistlərin suallarını cavablandırıb.
Yenicag.az xəbər verir ki, Stoltenberq “Taliban”la əlaqələrin qurulub-qurulmayacağının onların davranışından asılı olduğunu vurğulayıb.
NATO Baş katibi Türkiyə, ABŞ, İngiltərə və Azərbaycana Əfqanıstanda Kabil Hava Limanını qoruduqları üçün təşəkkür edib.
“Dünyanın gözü Əfqanıstandadır. 24 saat fasiləsiz olaraq insanların təxliyyə edilməsi üçün çalışırıq. Xüsusilə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Azərbaycana da Hava Limanının təhlükəsizliyinin təmin edilməsi üçün verdiyi dəstəyə görə minnətdarıq”, – deyə Stoltenberq bildirib.
www.yenicag.az