NATO-nun Baş katibi Yens Stoltenberq xüsusi bəyanatında Kosovo hakimiyyətinin milli ordu yaratmaq istiqamətində addımlarının təəssüf doğurduğunu deyib.
Yenicag.az xəbər verir ki, dekabrın 14-də Kosovoda təhlükəsizlik qüvvələrinin orduya çevrilməsi prosesinə təkan verən üç qanun qəbul olunub.
“Təəssüf edirəm ki, NATO-nun narahatlığının əksinə olaraq belə qərar verilib. Kosovonun təhlükəsizlik qüvvələrini orduya çevirmək barədə qərar verməyə prinsipcə ixtiyarı çatsa da, biz pis vaxt seçildiyini aydın şəkildə göstərmişik”, – NATO baş katibinin Şimali Atlantika Alyansının mətbuat xidməti tərəfindən Brüsseldə yayımlanan bəyanatında belə deyilir.
Kosovo parlamentinin cümə günü qəbul etdiyi qanun layihələri təhlükəsizlik qüvvələrinin sayının iki dəfə artırılaraq 5 min nəfərlik tam həcmli peşəkar orduya çevrilməsini nəzərdə tutur./AzərTac/