NATO-nun baş katibi Yens Stoltenberq Türkiyәyә rəsmi sәfәr edәcәk.
Yenicag.az xəbər verir ki, səfərin oktyabrın 11-də keçirilməsi planlaşdırılıb.
Məlumata əsasən, NATO baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Görüşdə əsas diqqət Suriya problemindən sonra Türkiyə ilə sərhəddə təhlükəsiz zonanın yaradılması və qaçqınların sığınacaq problemlərinin həlli barədə danışıqlara yönələcək.
www.yenicag.az