Əfqanıstanın cənubunda, Kandahar vilayətində terror hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, NATO konvoyuna edilən hücum nəticəsində 11 mülki şəxs həlak olub.
Bomba yüklü maşınla növbədə olan rumıniyalı əsgərlər hədəf alınıb. Ümumilikdə 16 nəfər isə yaralanıb. Onlardan beşi rumıniyalıdır.