NATO-nun Türkiyədən "F-16" TƏLƏBİ: Patrul üçün qırıcı istədi

media-hightechnic-468x90

Şimali Atlantika Alyansı (NATO) Türkiyəyə müraciət edərək Baltik ölkələrinin hava məkanının patrul olunması üçün “F-16” qırıcılarını əvvəlcədən göndərməyi xahiş edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, NATO qırıcıları “Baltic Air Policing” missiyasında istifadə etməyi və 2026-cı ilin avqust-dekabr ayları ərzində Estoniyada rotasiya həyata keçirməyi planlaşdırır. Mənbələr iddia edirlər ki, alyans Rusiyanın hərəkətləri ilə bağlı müdafiəni gücləndirir. Əslində, Türkiyə qırıcıları 2026-cı ilin dekabrından 2027-ci ilin martına qədər Rumıniyada yerləşdirməyi nəzərdə tuturdu.

Agentliyin məlumatına görə, Ankara hələlik NATO-nun sorğusu ilə bağlı qərar qəbul etməyib.

Baltik ölkələrinin öz aviasiyası olmadığı üçün onların hava məkanına nəzarəti NATO müttəfiqləri həyata keçirir. 2004-cü ildən etibarən alyans ölkələrinin qırıcıları rotasiya əsasında Litvanın” Zoknyay” bazasında yerləşdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05