NATO-Rusiya gərginliyi: Müharibə olacaq?

media-hightechnic-468x90

“Tarixə nəzər salsaq, Rusiyada Yeltsinin hakimiyyəti dövründə NATO-ya inteqrasiya ilə bağlı faktların mövcudluğunu görərik”.

Bunu NATO ilə Rusiya arasında artan ritorika ilə münasibətlərin gərginləşməsi fonunda baş verə biləcək proseslərdən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin gərginləşməsi NATO-nun şərqə doğru genişlənməsi istəyindən sonra yaranan tarixi proses kimi sonu olmayan tendensiyadır.

“Gərgin münasibətlər ən son həddə qədər davam edəcəkmiş kimi görünür. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Kiyevə yardımlarının mövcud gərginliyi daha da artıracağı ehtimal olunur. Lakin bu, NATO-nun Rusiyaya müdaxilə edəcəyi mənasını daşımır.

Çünki belə bir seçim mövcud deyil. Əlavə olaraq, NATO-da buna qol qoymaz”, – deyə o bildirib.

“Tarixə nəzər salsaq, Rusiyada Yeltsinin hakimiyyəti dövründə NATO-ya inteqrasiya ilə bağlı faktların mövcudluğunu görərik. Hazırda iki qütb arasındakı gərginlikdən Kreml öz məqsədləri üçün yararlanmağa çalışır. Çünki ictimai rəyin idarə edilməsi çox mühüm məsələdir” – politoloq yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600