NATO sərhədində təhlükəli rus oyunu: “Kölgə donanma” Baltiki qarışdırır 

media-hightechnic-468x90

Alman donanmasının komandanı, vitse-admiral Jan Christian Kaack Rusiyanın Baltik dənizində fəaliyyətinin getdikcə daha təhlükəli xarakter aldığını bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, bu barədə “The Times” nəşrinə açıqlamasında deyib. Bidirib ki, Rusiya hərbi gəmilərinin aqressiv manevrləri, aşağı hündürlükdə uçuşlar və dəniz obyektlərinə qarşı mümkün sabotaj cəhdləri bölgədə istənilən anda nəzarətdən çıxa biləcək gərginlik yaradır.

Kaack vurğulayıb ki, Almaniya və Rusiya hərbi gəmiləri Baltikdə demək olar hər gün üz-üzə gəlir. Onun sözlərinə görə, təsadüfi bir səhv, yanlış atəş və ya diqqətsizlik belə sürətli eskalasiyaya səbəb ola bilər. “Qadın və kişilərimizi buna hazırlamalıyıq”, – deyə o bildirib.

NATO daxilində artan narahatlıq

Son aylarda NATO ölkələrinin ərazilərinə pilotsuz uçuş aparatları ilə bağlı bir neçə insident qeydə alınıb. Bu hadisələrdən sonra alyans daxilində Kremlin niyyətləri ilə bağlı narahatlıq artıb. Bəzi ekspertlər hesab edir ki, Rusiya prezidenti Vladimir Putin NATO-nun 5-ci maddəsində nəzərdə tutulan qarşılıqlı müdafiə mexanizminin sərhədlərini test edə bilər.

Baltik regionunda xüsusilə Estoniyanın Narva şəhəri və Polşa-Litva sərhədində yerləşən Suvalki dəhlizi strateji həssas nöqtələr kimi göstərilir. Eyni zamanda Rusiyanın Kaliningrad vilayəti və Sankt-Peterburq limanı Moskvanın bölgədəki hərbi mövcudluğunu qoruyur.

İsveç və Finlandiyanın NATO-ya qoşulmasından sonra Baltik dənizi tez-tez “NATO gölü” adlandırılsa da, Kaack bu ifadənin həddindən artıq optimist olduğunu deyib. Onun fikrincə, Rusiya hələ də dəniz yollarını bloklamaq və ya enerji və rabitə xətlərinə zərbə vurmaq potensialına malikdir.

“Kölgə donanması” və gizli risklər

Alman komandan Rusiyanın “kölgə donanması”ndan da danışıb. Bu termin sanksiyalardan yayınmaq üçün istifadə olunan köhnə və şəffaflığı olmayan tanker və yük gəmilərinə aiddir. Kaack ehtimal edir ki, belə gəmilər gələcəkdə silahlandırıla və ya hərbi məqsədlər üçün istifadə oluna bilər. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

O, dənizaltı kabellər və boru xətləri ilə bağlı son hadisələrə də toxunaraq bildirib ki, ağır lövbərin dəniz dibində sürünməsi ekipaj tərəfindən hiss olunmaya bilməz iddiası inandırıcı deyil. Onun sözləri ilə desək, bu, “daş döşənmiş meydandan tankın keçməsinə bənzər səs” yaradar.

Hazırda Almaniyada hərbi obyektlərə qarşı mümkün sabotaj halları da araşdırılır. İki nəfər işçi bir hərbi korvetin mühərrikinə polad qırıntıları tökmək və yanacaq çənlərinin qapaqlarını çıxarmaq şübhəsi ilə saxlanılıb.

Baltik dənizi coğrafi baxımdan dar və sıx hərəkətli bir akvatoriyadır. Bu da istənilən insidentin qısa zamanda böyüməsi riskini artırır. Alman donanmasının xəbərdarlığı isə göstərir ki, regionda hərbi-siyasi gərginlik yeni mərhələyə keçə bilər.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05