NATO vətəndaşları hədəf aldı
NATO-nun Əfqanıstanın Logar şəhərinin Baraki Barak qəsəbəsində etdiyi hava hücumu nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.
Yenicag.az saytının verdiyi məlumata görə NATO qüvvələri Taliban qruplaşmasına zərbələr endirmək istəyib. Lakin səhvən dinc sakinlər hədəfə tuş gəlib.
Qeyd edək ki, faktı qəsəbə məmuru da təsdiqləyib. O, iki evin tamamilə məhv olunduğunu da dilə gətirib. NATO rəsmiləri isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib. Bildirək ki, NATO qüvvələri Əfqanıstandakı missiyası bu ayın sonu bitəcək. 2015-ci ildə isə tamamilə sözügedən qüvvələr ölkəni tərk edəcək.
Əlavə edək ki, NATO qüvvələrinin arabir dinc əhalini hədəf seçməsi Əfqanıstan və NATO münasibətlərini korlamışdı. Hətta Əfqanıstanın keçmiş dövlət başçısı Həmid Kərzayi NATO-nun havadan dəstəyini qadağan etmişdi.