Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası çağırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə müvafiq qərarı iyulun 10-da Ali Məclisin sədri Vasif Talıbov imzalayıb.
Qərara görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2018-ci il iyul ayının 14-də saat 11:00-da Naxçıvan şəhərində çağırılacaq.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:
1. 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.
www.yenicag.az