!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvan Ali Məclisinin sədri kim olacaq? - FOTO

!Reklam – Yazi

Bu il sentyabrın 1-də həm Azərbaycan Respublikasının Milli Məclisinə, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçiriləcək. Ölkə ictimaiyyəti tərəfindən Azərbaycan parlamenti ilə yanaşı, Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilər də diqqətlə izlənilir. İndi Naxçıvanda və muxtar respublikadan kənarda yaşayan naxçıvanlıları, ölkəmizin siyasətçilərini, ziyalılarını bir sual düşündürür. Naxçıvan Ali Məclisinin sədri kim olacaq? Vasif Talıbovun istefasından sonra Naxçıvanın ali vəzifəli şəxsi postuna seçiləcək deputat hər kəs üçün maraqlıdır.

TNS-in əldə etdiyi məlumata görə, indiyədək bir neçə şəxsin namizədliyi müzakirə olunsa da konkret qərar qəbul edilməyib.

Bu posta ən iddialı şəxs Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli olub. Fuad Nəcəflinin Ali Məclisin sədri seçilməsi indiyədək onun səlahiyyəti ilə bağlı yaranan suallara cavab tapmağa imkan verərdi. Ancaq Naxçıvanın indiki vəziyyəti, mövcud reallıqlar və konstitusiya onun ali vəzifəli şəxs seçilməsinin qarşısını alıb.

83443_645513b741a18

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 29-cu maddəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

Fuad Nəcəfli cəmi bir il altı aydır, Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayır. Səlahiyyətli nümayəndə bundan əvvəl Bakı şəhərində yaşayıb və işləyib. Konstitusiyaya görə, o, Ali Məclisin sədri seçilə bilməz.

Bu istəyi baş tutmayan cənab Nəcəfli yuxarı dairələridəki əlaqələrindən istifadə edərək Ali Məclisin sədri postuna namizədlərin müəyyənləşdirilməsində iştirak etmək icazə alıb və beləliklə, namizəd axtarışına çıxıb.

2185350

Onun ali vəzifəli şəxs seçilməsi üçün namizədliyini irəli sürdüyü şəxslərdən biri Naxçıvanın Baş nazirinin müavini Bəxtiyar Məmmədovdur. Ancaq konstitusiyanın 5 il daimi yaşamaq tələbi onun da Ali Məclisin sədri seçilməsinə imkan vermir.

6f8e3a37-8bde-467d-86c8-031949d0d893_1_27-02-2024_10-41-53

Ali Məclisin sədri postuna namizəd irəli sürülənlərdən Naxçıvanın ədliyyə nazirinin müavini Hüseyn Səfərov və Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov da konstitusiyanın eyni maddəsinin tələblərinə görə, ali vəzifəli şəxs seçilə bilməzlər.

img-1715954549

Bunlardan sonra Ali Məclisin sədri seçilməsi üçün Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynlinin namizədliyi üzərində dayanılıb. Ancaq Ülvi Hüseynlinin ixtisası, vaxtilə ailə üzvlərinin buraxdığı ciddi siyasi səhvlər, səlahiyyətli nümayəndə və baş nazirlə eyni rayondan olması onun Ali Məclisin deputatı və sədri seçilmək arzusunu gözündə qoyub.

62373a46d54de

Redaksiyamıza daxil olan məlumata görə, son günlər Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun Ali Məclisin sədri postuna namizədliyi müzakirə olunur. Ancaq yəqin ki, onun da namizədliyi qəbul edilməyəcək. Ölkə rəhbərliyinin həm Naxçıvan Ali Məclisinin sədri, həm də Baş nazirinin eyni kənddən olacağına razılıq verəcəyi inandırıcı görünmür. Onların hər ikisi Şahbuz rayonunun Aşağı Qışlaq kəndindəndir. Üstəlik, səlahiyyətli nümayəndə də onların qonşu kəndlisidir.

328912058_1926318851050571_184083587286093024_n

Göründüyü kimi, deputatlığa namizədlərin irəli sürülməsi üçün qanuni müddətin başa çatmasına 6 gün qalmasına baxmayaraq, hələ Ali Məclisin sədrinin kim olacağı müəyyənləşdirilməyib. Ali Məclisin sədri mühüm vəzifədir, Naxçıvanın konstitusion rəhbəridir. Siyasi kimliyi və xalq arasında nüfuzu olmayan şəxsin bu posta seçilməsi ciddi problemlər yarada bilər. Onu da nəzərə alaq ki, 1991-1993-cü illərdə Ulu Öndər Heydər Əliyev bu vəzifədə çalışıb. İndi bu posta belə formada kadr axtarmaq biabırçılıqdır. Bu fakt bir daha onu göstərir ki, Naxçıvan idarəolunmaz vəziyyətə gəlib çatıb. Fuad Nəcəfli gerçək sədr yox, onun sözünü eşidəcək, bütün tapşırıqlarını yerinə yetirəcək marionetka axtarırır. Naxçıvanda belə biabırçı vəziyyyət yaradanlar mütləq cəzalandırlacaq. İnanmırıq ki, ölkə rəhbəri vaxtilə Ulu Öndərin çalışdığı vəzifəyə layiq olmayan birinin seçilməsinə imkan verə. Vaxt və ümidlər tükənməyib, dövlət baba hələ son sözünü deməyib.

 

COP29

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv