Naxçıvana bilet alanlara XƏBƏRDARLIQ

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başlayıb. 

Yenicag.az xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) qeyd edilən maşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.

AZAL sərnişinlərinə xatırladıb ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla – əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə həyata keçirilir.

– Bakıdan Naxçıvana reyslər üçün: • https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

• WhatsApp: +99455 204 65 54

– Naxçıvandan Bakıya reyslər üçün:  https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220

• WhatsApp: +994 60 487 30 11

Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

Aviaşirkət bildirir ki, həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilmişdir və vətəndaşlar üçün bir istiqamətdə 50 manat təşkil edir.

“Azərbaycan Hava Yolları” turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.