Naxçıvanda ət satışı məntəqələrində yararsız məhsullar aşkar olundu

media-hightechnic-468x90

Naxçıvan şəhərində fəaliyyət göstərən ət satışı məntəqələrində monitorinqlər həyata keçirilib.

Muxtar respublikanın Qida Təhlükəsizliyi Agentliyindən Yenicag.az-a bildirilib ki, monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, sanitar gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, istifadəyə yararsız ət məhsullarının satışının həyata keçirildiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib.

Nöqsanlarla bağlı müvafiq tədbirlər görülərək yararsız ət məhsulları satışdan kənarlaşdırılıb, fəaliyyət dayandırılaraq icrası məcburi göstərişlər verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600