Naxçıvanda İrandan Türkiyəyə döyüş sursatları keçirilməsinin qarşısı alındı - FOTO

media-hightechnic-468x90

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9×17 millimetr kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdır.

//apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600