Naxçıvanda maarifləndirici tədbir keçirilib
Naxçıvan şəhərindəki üç nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl edilməsi, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin və vətəndaşların hüquq və vəzifələri, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Ülkər Möhsümova təhsil müəssisəsində yanğın təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi Mirtaleh Seyidov təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təşkili və bu sahədə vətəndaşların, müəssisələrin hüquq və vəzifələrindən danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Tədbirdə dəm qazı və yanğın təhlükəsizliyi ilə bağlı videomaterial nümayiş etdirilib. İştirakçılara “Yaşayış evlərində və mənzillərdə yanğın təhlükəsizliyi qaydaları” adlı yaddaş kitabçaları paylanılıb.
(topnews.az)