Naxçıvanlılar üçün daha bir xoş xəbər - FOTO

media-hightechnic-468x90

Vasif Talıbovun Naxçıvanın Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra daha bir yenilik tətbiq olunub.

Yenicag.az Baku.ws-yə istinadən xəbər verir ki, artıq Naxçıvan qeydiyyatında olanlar respublikanın bütün regionlarından kommunal xidmət borcunu ödəyə biləcəklər. Belə ki, Bakı və digər ərazilərdə yerləşdirilən ödəmə terminallarında Naxçıvan bölməsi yaradılıb.

Naxçıvan qeydiyyatında olan şəxslər rahatlıqla kommunal borclarını Bakı və digər şəhərlərdən ödəyə bilərlər.

Yenilik həmçinin mobil ödəmə tətbiqlərində həyata keçirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa