Nazir müavini təhsildən danışdı

media-hightechnic-468x90

Firudin_Qurbanov_150811“Təhsilin keyfiyyətini yüksəltmək üçün əsas məqsədlərimizdən biri də elmin təsirindən istifadə etməkdir. Bugünkü Elm Festivalı bunun üçün gözəl imkandır”. Bunu bu gün Bakı Elm Festivalının açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini qeyd edib ki, son illər Azərbaycan alimləri yüksək nailiyyətlər əldə ediblər. Eyni zamanda, Azərbaycan elminin maddi-texniki bazası daha da formalaşıb: “Elm və təhsilin vəhdətinin təşkili dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Təhsil sistemi elmin nailiyyətlərini açıqlamalıdır”.

O, həmçinin bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda 17 ali təhsil müəssisəsi var idisə, indi bu rəqəm 55-ə çatıb. Bundan əlavə, ölkədə ötən əsrin 90-cı illəri ilə müqayisədə təhsilini doktorantura və aspirantura səviyyəsində davam etdirmək istəyənlərin də sayı artıb.(trend)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600