Nazir Polşa səfirini qəbul etdi
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Polşanın Azərbaycandakı səfiri Marek Tsalkanı qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ə. Qarayev Polşa ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini qiymətləndirdiyini diqqətə çatdırıb.
Səfir nazirliklə intensiv əlaqələrin mövcud və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib
Görüşdə Azərbaycanla Polşanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iki ölkənin qarşılıqlı olaraq bir-birinə dəstək göstərməsinin vacibliyi vurğulanıb.