Nazir qızılcaya görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirdi

media-hightechnic-468x90

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə şagirdlər arasında qızılca xəstəliyi ilə bağlı yayılan xəbərlərdən danışıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda üç şagirddə qızılca xəstəliyinin olması barədə məlumat var:

“Məktəblərdə şagirdlər arasında qızılcanın yayılması ilə bağlı diaqnoz qoyma səlahiyyəti nə mənim, nə də direktorundur. Bunu həkimlər edir. Regional idarələrdən gələn məlumatları toplayarıq, Səhiyyə Nazirliyi ilə işləyirik. Rəsmi məlumatlara əsasən, bu və ya digər müəssisədə qapanmaya getməyi planlaşdırmırıq.
Növbəti günlərdə təhlillər aparıldıqca təhlükəli yerlər yaranarsa sinfin, məktəbin müəyyən müddətlik distant təhsilə keçirilməsi qərarı verilə bilər. Bu o halda olacaq ki, mütəxəssislərin fikrincə vəziyyət uşaqların həyatı üçün təhlükə yarada bilər”./oxu.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05