!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir sıra baxışı keçirdi

!Reklam – Yazi

Oktyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 287 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 41 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

COP29

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv