Nazir və müavini təyyarə qəzasında öldü

Paraqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Luis Qneytinq təyyarə qəzasında həlak olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında baş verib.

Ayolas şəhərindən qalxan Baron BE58 yüngülmotorlu təyyarə bataqlıqda tapılıb. Göyərtədə olan Luis Qneytinq, nazir müavini Visente Ramres, nazirliyin əməkdaşı Luis Çarati və pilot Xerardo Lopez xilas ola bilməyib.

Faktla bağlı araşdırma aparılır.