Nazir yoxsulluğun səviyyəsindən danışdı

media-hightechnic-468x90

45056Yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən hazırda 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Prezidentin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib.

S.Müslümov təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldildiyini, habelə 2014-cü ildə sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunduğunu da diqqətə çatdırıb. O əlavə edib ki, ölkədə sosial rifah halının yaxşılaşması və dövlət sosial yardım təyinatında ünvanlılığın təminatına nəzarətin gücləndirilməsi ünvanlı yardım alan ailələrin sayının ötən il 35,5 faiz azalaraq 92 514-ə enməsi ilə nəticələnib: “Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşaiyət olunub”.

S.Müslümov ötən il 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşların, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin, eləcə də 2014-cü il əarzində növbəyə dayananlardan 67 nəfərin avtomobillə təmin olunduğunu, habelə 174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verildiyini deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600