Nazirin mətbuat katibi istefa verdi

media-hightechnic-468x90

azerdrftgAzərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli vəzifəsindən azad olunub.

Bu barədə A.Mənsimli özü məlumat verib.

Öz xahişimlə işdən azad olunduğunu bildirən A.Mənsimli 10 ilə yaxın müddətdə bacardığını etdiyini söyləyib: “Lakin uzun zamandan bəri dostlarımın çoxsaylı təklifləri və təkidləri ilə barışmalı oldum. Bilirsiniz ki, bəlkə də ən azı dünyanın üçdə ikisini gəzmişəm. Düşündüm ki, öz gücümü və potensialımı böyük biznesdə sınamağın vaxtı artıq çatıb. Bu yolda mənə dəstək olan bütün dostlarıma təşəkkür edirəm. 10 il bir yerdə çalışdığım səmimi insan, əsl ziyalı, gerçəkdən hər zaman mənə dəstək olan, öz insanpərvərliyi ilə nümunə olan cənab nazirim Natiq Əliyevə mənə bu izni verdiyi üçün minnətdarlıq edirəm”(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600