Nazirin yeni açdığı yarmarka söküldü

media-hightechnic-468x90

nnNərimanov rayonunda, Kənd Təsərrüfatı Nazirliyinin yeni açdığı kənd təsərrüfatı məhsullarının satış yarmarkası sökülüb.

Məlumata görə, kənd təssərrüfatı naziri  Heydər Əsədovun metronun “Gənclik” stansiyasının Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdən çıxışında təşkil etdiyi yarmaka şəhərin görünüşünə, eləcə də stadiona girişdə maneə yaratdığı üçün sökülüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, yarmarka sökülsə də, Gənclikdə yanacaq doldurma məntəqəsi tərəfdə yenidən qurulur: “Yarmarka stadiona girişdə problem yaradırdı. Söküldü o biri tərəfdə yenidən qurulıur. Belə üstüörtülü yarmarkalar, Yasamal rayonunda, Həzi Aslanov metrostansiyasının çıxışında da var. Üstüörtülü yarmarkaların  təşkilində məqsəd yağışlı və günəşli günlərdə də kənd təssərrüfatı istehsalçılarına öz məhsullarını münasib qiymətə satmaq üçün şəraitin yaradılmasından ibarətdir”(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600