Nazirlər Kabineti COVID-19-la bağlı ölkədəki vəziyyəti açıqladı

media-hightechnic-468x90

Azərbaycanda bu gün koronavirus infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 675 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 139 nəfərdir.

Ölkədə son sutka ərzində 4 132, hazırkı dövrədək isə 6 801 484 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600