Nazirlər Kabineti qərar verdi

media-hightechnic-468x90

Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası təsdiq edilib.

Yenicag.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” -ci il 4 iyun tarixli qərarı ləğv olunub.

media-ziraat-728x90

Nazirlər Kabineti qərar verdi

media-hightechnic-468x90

56984Manatın düşməsi fonunda müşayiət edilən bahalaşmanın ardınca İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamalarla bağlı səlahiyyəti ləğv edilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, bununla bağlı “Nəzarət kitabçası” haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qərar qəbul edilib.

“Nəzarət kitabçası” haqqında Əsasnamə”yə əsasən indiyə qədər vergi orqanları istisna olmaqla, digər dövlət orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak edən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi haqda “Nəzarət kitabçası”nda müvafiq qeydlər edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən yoxlamalarda eyni qüvvəyə malik üçüncü nüsxə tərtib olunub və nümayəndəyə təqdim edilib. Nazirlər Kabineti tərəfindən “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən Əsasnamədəki bu müddəalar ləğv edilib. Bununla da vergi orqanları istisna olmaqla, sahibkarlıq orqanlarında digər dövlət orqanları yoxlama apararkən bu yoxlamalarda İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin də mütləq iştirak etməli olması barədə tələb qüvvədən düşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600