Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

”Nazirlər Kabinetinin tərkibində köklü islahatlar aparılmalıdır"– Keçmiş millət vəkili

Reklam: High Technic

“Yaxın Gürcüstandan tutmuş, uzaq Amerikaya qədər əksər ölkələrdə Nazirlər Kabineti çevik, mobil struktur olaraq fəaliyyət göstərir”

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident seçkilərindən sonra dövlət idarəetməsində və iqtisadi siyasətdə ciddi dəyişikliklərin olacağı ehtimalına münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.


Bəydəmirlinin fikrincə, Nazirlər Kabinetinin özündə və tərkibində köklü islahatlar aparılmalıdır:

“Qeyd edim ki, ölkədə uzun müddət iqtisadiyyata dövlətin birbaşa müdaxiləsi və iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirakının gücləndirilməsi fəlsəfəsinə istinad olunub.

Şəxsi fikrimə gəldikdə, mən əlbəttə ki, liberal bazar dəyərlərinin, dövlətin iqtisadiyyata müdaxiləsinin minimum səviyyəyə endirilməsinin, rəqabət mühiti yaradılmasının, o cümlədən,  istehlakçıların hüquqlarının qorunmasının tərəfdarıyam.

Ancaq bütün hallarda dövlətin mənafelərinə uyğun gələn idarəetmə modelinin tətbiqi üçün ortaq mövqenin tapılması mümkün və zəruridir.

Ancaq indiki şəraitdə ciddi kadr dəyişikliklərinin aparılması hələ ki real görünmür. Son illərin təcrübəsi də göstərir ki, icra başçısından tutmuş nazirlərə qədər məmurların rotasiyası həyata keçirildikdə, onlar öz komandalarını da yeni təyinat aldıqları qurumlara transfer edirlər. Bu fikirləri təsdiqləyən çox sayda nümunə göstərə bilərik.

Ona görə də, ölkənin inkişaf prioritetlərini təqdim edəcək qurum olan Nazirlər Kabinetində köklü islahatların aparılmasına ehtiyac var. Bütün sivil ölkələrdə olduğu kimi, Nazirlər Kabineti dedikdə, baş nazir, onun ictimai əsaslarla işləyən iki müavini və məhdud sayda nazirlərdən söhbət getməlidir. Yaxın Gürcüstandan tutmuş, uzaq Amerikaya qədər əksər ölkələrdə Nazirlər Kabineti çevik, mobil struktur olaraq fəaliyyət göstərir.

Lakin bizdə baş nazirin hansı işlərlə məşğul olduğu bilinməyən altı müavini var”.

A.Zeynalov

Loading...

www.yenicag.az

1843
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100