Nazirlər mahnı oxudu-Video
Antalyada NATO-nun Xarici işlər nazirlərinə təşkil etdiyi yemək sonda nazirlərin “We Are the World” mahnısını oxuması ilə yadda qalıb.
Yeməkdən sonra nazirlər axşama görə təşəkkür etmək üçün səhnəyə çıxıb. Elə bu əsnada müğənni Behzat Gerçeker son bir mahnı da dostluq üçün olsun deyib “Biz dünyayıq” mənasını verən “We Are the World” mahnısını oxumağa başlayıb. Yunanıstanın Xarici işlər naziri Nikos Kocias Mevlüt Çavuşoğlunun qoluna girərək mahnını oxumağa başlayıblar. Bunun ardınca yeməkdə iştirak edən digər rəsmilər də səhnəyə çıxaraq mahnıya müşayiət edib.