Nazirlik işçiləri tennis turnirində iştirak edəcək
Dekabrın 20-də “ Şüa “ idman-sağlamlıq kompleksində Təhsil Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan turnir keçiriləcək.
Tədbirin məqsədi əməkdaşların fiziki hazırlığının möhkəmləndirilməsi və onların işdənkənar münasibətlərinin gücləndirilməsidir. Otuza yaxın əməkdaşın qatılacağı idman tədbiri şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun təşkil ediləcək.
Qaliblər Təhsil Nazirliyinin və Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar. (qafqazinfo.az)