Nazirlik vəzifəli şəxsi cərimələdi

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhər, Tuğ zavod yaşayış massivində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının Samur-Abşeron Magistral Kanalının mühafizə zonasına atılaraq qalaqlandığı, ərazidə antisanitar vəziyyətin yarandığı faktı aşkarlanıb.

Faktla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin sahə rəisi Səhhət Qənbərov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimələnib.

Kanalın mühafizə zonasında qalaqlanmış tullantıların təmizlənməsi məqsədilə Samur-Abşeron Kanalı İstismar İdarəsinə, tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Sumqayıt bələdiyyəsinə və Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600